AZ

Maskerano: “MLS “İnter Mayami” ilə qürur duymalıdır”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “vağlar”ın 2025-ci il FIFA Klub Dünya Kubokunun ələmə mərhələsinə çıxmasını şərh edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 41 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir.

Xatırladaq ki, “İnter Mayami” yarışın qrup mərhələsinni 3-cü turunda “Palmeyras”la oyunda 2:0 üstünlüyünü əldən versə də, 2:2 hesablı heç-heçəni qoruya bilib və “A” qrupunda 5 xalla 2-ci yerdən 1/8 finala çıxıb.

“Bu, bizim tərəfimizdən əla oyun idi. Cənubi Amerikanın ən yaxşı yaxşı komandalarından birinə qarşı oynamaq çətindir. Ola bilsin ki, sonda oyun bizim əlimizdə idi, ona görə də təəssüratlar azacıq qəribədir. Amma əgər yarışın başlanğıcına qədər mənə desəydilər ki, biz belə rəqiblərə qarşı belə bir oyun göstərəcəyik – mən buna dərhal qol qoyub razılaşardım.

Bu, MLS üçün tarixi gecədir – biz dünyanın 16 ən yaxşı komandası arasındayıq, bütün liqa isə “İnter Mayami” ilə qürur duymalıdır”, deyə Maskerano sevinclə vurğulayıb.

Xatırladaq ki, yarışın 1/8 final mərhələsinə vəsiqə qazanmış “İnter Mayami” bu mərhələdə Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.

Seçilən
6
arena.az

1Mənbələr