“İsrailin hərbi güc balonu partladı, Netanyahunun süqutu yaxındadır”
News365.az xəbər verir ki, bu sözlər Böyük Britaniyanın Suriyadakı sabiq səfiri Piter Ford İranın IRNA agentliyinə verdiyi müsahibədə bildirib.
“İsrailin hərbi güc balonu partladı. Bu, həm bölgədəki son döyüşlərdə, həm də beynəlxalq aləmdəki siyasi reaksiya ilə özünü göstərir. Netanyahunun siyasi gələcəyi isə ciddi təhlükə altındadır və o, hakimiyyətinin sonuna yaxınlaşır”, – deyə Ford vurğulayıb.