AZ

“Tottenhem” Eze ilə maraqlanır

“Kristal Pelas”ın hücumameyilli yarımmüdafiəçisi Eberi Eze “Tottenhem”in yay transfer planlarında yer alır.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 26 yaşlı futbolçu ilə bağlı bütün lazımi məlumatları toplayıb. Lakin Eze hələlik klubun əsas transfer hədəfi deyil və yalnız mümkün alternativlərdən biri kimi qiymətləndirilir.

Hazırkı mərhələdə “Tottenhem” futbolçunun müqaviləsindəki təzminat məbləğini aktivləşdirməyi düşünmür. Bununla belə, Premyer Liqa klubu Ezeni diqqətdə saxlamaqda davam edir.

Qeyd edək ki, Eberi Eze 2024/25 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr