AZ

“Ümid edirəm ki, Putinlə razılaşa biləcəyik” – Tramp


ABŞ Prezidenti Donald Tramp Rusiya ilə razılığa gəlmək istədiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bunu jurnalistlərlə söhbətində deyib.
“Bildiyiniz kimi, Vladimir (Rusiya Prezidenti Putin - red.) mənə zəng etdi. O dedi: “İranla bağlı sizə kömək edə bilərəmmi?” Dedim: “Xeyr, İranla bağlı köməyə ehtiyacım yoxdur. Sizin məsələdə köməyə ehtiyacım var”. Ümid edirəm ki, onlarla razılaşa biləcəyik”, - Tramp deyib. 
Xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında danışıqlarda müəyyən irəliləyiş olduğunu bildirib. Lakin o, heç bir təfərrüat verməyib.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr