AZ

Müharibə gedən ölkədə Premyer Liqaya yüksələn klublarda maaşlar

Ukraynada 2024/25 mövsümünün nəticələrinə əsasən, Birinci liqadan Premyer Liqaya yüksələn dörd komandanın adı bəlli olub.

İdman.biz xəbər verir ki, müharibə gedən ölkədə “Epitsentr” və “Poltava” turnir cədvəlində ilk iki yeri tutaraq birbaşa, “Metalist 1925” və “Kudrovka” isə pley-off mərhələsini uğurla adlayaraq yüksək diviziona vəsiqə qazanıblar.

Bu klublarda futbolçuların aldıqları maaşlarla bağlı məlumatlar da açıqlanıb – siyahıya Xarkov təmsilçisi “Metalist 1925” böyük fərqlə başçılıq edir.

Ukrayna Premyer Liqasının yeni klublarında təxmini orta aylıq maaşlar:

"Metalist 1925" – 10-15 min ABŞ dolları
"Epitsentr" – 3,5-4 min ABŞ dolları
"Poltava" – 2-2,5 min ABŞ dolları
"Kudrovka" – 1,5–2 min ABŞ dolları

Mənbənin məlumatına görə, “Metalist 1925” klubunun bəzi oyunçuları yeni mövsümdə daha yüksək maaş alacaqlar. Məsələn, İlya Krupski və İvan Kalyujnı ayda 25-30 min dollar qazanacaqları bildirilir.

Qeyd edək ki, Azərbaycan yığmasının DÇ-2026 seçmə mərhələsindəki rəqibi Ukrayna millisinin müdafiəçisi Aleksandr Martınyuk və yarımmüdafiəçisi İvan Kalyujnı, həmçinin ölkənin gənclərdən ibarət millisinin müdafiəçisi İlya Krupskinin “Metalist 1925”ə keçidi bu günlərdə rəsmiləşib.

İdman.biz

Seçilən
2
1
idman.biz

2Mənbələr