AZ

Müller seçim qarşısında: Ya karyerasını bitirəcək, ya da...

"Los-Anceles" klubu Tomas Mülleri transfer etmək istəyir.

Publika.az xəbər verir ki, 35 yaşlı futbolçunun özü də MLS təmsilçisinə keçmək istəyir, lakin tərəflər hələlik maliyyə baxımından ortaq məxrəcə gələ bilməyiblər. Bu keçidə "Adidas" şirkəti kömək edə bilər.

Müllerin Avropanın ən böyük idman geyimləri istehsalçısı olan "Adidas"la müqaviləsi var və MLS-ə keçəcəyi təqdirdə bu müqavilə daha da uzadıla və yaxşılaşdırıla bilər. "Bavariya" da bu keçiddə maraqlıdır, çünki klub əfsanəsinin tərəfdaş bir komandada karyerasını davam etdirməsini və ABŞ bazarında klubun səfiri olmasını istəyir.

"Adidas" da Mülleri 2026-cı il dünya çempionatı ərəfəsində ABŞ-da öz səfiri kimi görmək istəyir. Bildirilir ki, "Bavariya" artıq brendlə əlaqə saxlayaraq Müllerin maliyyə tələbləri ilə "Los-Anceles"in imkanları arasındakı fərqi aradan qaldırmağa çalışır.

Hazırda Müller yalnız "Los-Anceles" klubuna keçmək istəyir. Əgər "Adidas"ın dəstəyi ilə belə transfer baş tutmasa, almaniyalı futbolçu karyerasını bitirmək qərarına gələ bilər. Bu barədə "Bild" məlumat yayıb.

Seçilən
3
publika.az

1Mənbələr