Çində məhkəmə Xalq Siyasi Məşvərət Şurasının (CPPCC) Xuan Əyalət Komitəsinin keçmiş sədr müavini Day Daotszini rüşvətxorluğa görə ölüm cəzasına məhkum edib.
Publika.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Quandun əyalətinin Çjuxay şəhərinin Aralıq Xalq Məhkəməsi keçmiş məmurun işi üzrə hökmü elan edib. “Müttəhim rüşvətxorluğa görə iki il möhlət verilməklə ölüm cəzasına məhkum edilib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, o, ömürlük siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Məmurun qanunsuz yolla əldə etdiyi əmlak və ondan əldə etdiyi gəlir dövlət xəzinəsinə təhvil verilməlidir.
Məhkəmə müəyyən edib ki, Day Daotszin müxtəlif illərdə vəzifəsindən sui-istifadə edib. O, bilavasitə və ya qohumları vasitəsilə “107 milyon yuandan (təxminən 14,9 milyon dollar) artıq məbləğdə maliyyə və maddi sərvətləri qanunsuz mənimsəyib”.