AZ

Biləsuvarda minik avtomobili traktorla toqquşdu- 3 nəfər xəsarət aldı

BİLƏSUVAR. 24 iyn. TELEQRAF

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər – sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Traktorun sürücüsünün sözlərinə görə, qəzanın baş verməsinə səbəb "Elantra"nın sürücüsünün qəfildən idarəetməni itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
2
teleqraf.com

6Mənbələr