AZ

"Sevilya" "Zenit"in hücumçusu ilə maraqlanır

"Zenit"in hücumçusu Mateo Kassierra karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Sevilya" futbolçunun xidmətində maraqlıdır.

"Sevilya" artıq potensial transfer şərtləri ilə bağlı sorğu göndərib. Artıq İspaniya klubunun nümayəndələri də futbolçu ilə əlaqə saxlayıb.

Daha əvvəl bildirilmişdi ki, Mateo təklifləri nəzərdən keçirməyə və "Zenit"i tərk etməyə hazırdır.

Mateo Kassierranın "Zenit"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 2024/2025 mövsümündə Kassierra bütün turnirlərdə mavi-ağ-göylərin heyətində 39 oyun keçirib. Kolumbiyalı forvardın aktivində 12 qol və 5 məhsuldar ötürmə var. Transfermarkt internet portalı Kassierranın bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Seçilən
2
90deqiqe.az

1Mənbələr