AZ

Mərkəzi Bank müştəri tanınması ilə bağlı yeni platforma təqdim edəcək

Mərkəzi Bankın böyük təşəbbüslərindən biri “Müştərinizi Tanıyın (Know Your Customer - KYC) prosesləri ilə bağlı platformadır. İnanırıq ki, bu bazarda çox fərq gətirən bir layihə olacaq. Yəni, müştəri bir dəfə hər hansı bir maliyyə xidmətindən istifadə etdikdən sonra təkrar digər maliyyə xidmətlərindən istifadə etdikdə KYC proseslərindən bir də keçmək məcburiyyətində qalmayacaq. Bunu biz tətbiq etməyi planlayırıq.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin DirektoruFidan Tofidi “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu istiqamətdə artıq işlər gedir:

“Ümid eləyirik ki, ilin sonuna kimi bu haqda daha geniş məlumat paylaşa biləcəyik.

Müştərilər daha çevik, daha sürəkli, daha əlçatan və əlbəttə ki, daha rəqaamsal həlləri istəyirlər. Bu ekosistemi qurmaq üçün Mərkəzi Bank da tənzimləyici kimi bu istiqamətdə müxtəlif səylər göstərir.

Bu, mütləq şəkildə, aydın qaydalar, rəqəmsal infrastrukturun yaradılmasıdır və əlbəttə ki, uzunmüddətli vizyonun formalaşdırılmasıdır.

Bildiyiniz kimi, maliyyə sektorunun inkişaf strategiyası 2024-cü ildən etibarən başlanmışdı və bu istiqamətdə də rəqəmsal maliyyə, yəni “fintex” sektorunun inşafı üçün müxtəlif layihələrə start verilib. İnanırıq ki, bu layihələrin sektor üçün faydası çox böyük olacaq. Keçən ildən etibarən biz “sandbox” layihəsini istifadəyə vermişik. Bu nədir? Əgər hər hansı tənzinlənməyən bir həlliniz varsa, yəni məhsulunuz varsa, bu halda siz Mərkəz Bankın nəzariyyəti altında onu test edə bilərsiniz.

Bunun üçün xüsusi bir çərçivə yaradılıb. Müəyyən bir müddətdən sonra qərar verildikdə Mərkəz Bank tərəfindən məhsul və ya xidmət daha geniş auditoriyaya istifadə üçün təqdim edilə bilər. Mərkəzi Banka ötən “sandbox” innovativ layihəsi ilə bağlı 21 müraciət daxil olub. Onlardan dördü keçib, hazırda test mərhələsindədir. Bu ilin fevral ayında bizim ikinci qəbul dövrümüz bitib. Hazırda dəyərləndirmə prosesi gedir və i̇nanırıq ki, yaxın gələcəkdə biz bu haqda da daha çox məlumat paylaşacayıq”.

Seçilən
4
teleqraf.com

1Mənbələr