ABŞ prezidenti Donald Tramp İran-İsrail münaqişəsi və ölkələrin atəşkəs rejimini pozması ilə bağlı emosional, təhqir dolu çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Onlar o qədər uzun müddətdir və o qədər şiddətli mübarizə aparırlar ki, sadəcə olaraq nə etdiklərini belə başa düşmürlər”, – Ağ Ev rəhbəri bildirib.
ABŞ prezidenti deyib ki, İsrail və İran 24 saat ərzində “12 günlük müharibəni rəsmi şəkildə bitirəcək” atəşkəs barədə razılığa gəliblər.