AZ

"Borussiya" qapıçı Peter Drevesslə müqavilə imzaladı

Almaniyanın "Borussiya" (Dortmund) klubu yeni qapıçı transferini rəsmiləşdirib

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, Dortmund təmsilçisi "Boxum"dan ayrılan Peter Drevesslə müqavilə imzalayıb.

 32 yaşlı qolkiperlə müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq.

Drevess yeni komandasında əsas qapıçı Qreqor Kobel və ehtiyat qapıçı Aleksander Mayer-Şadedən sonra üçüncü seçim olacaq.

Qeyd edək ki, "Boxum" 2023/24 mövsümündə Bundesliqada 18-ci yeri tutaraq yüksək liqanı tərk edib. Drevess həmin mövsümdə 21 oyunda forma geyinib, 58 qurtarış edib və 46 qol buraxıb.

Xatırladaq ki, 2024-cü ilin dekabrında “Boxum”la “Union Berlin” arasında keçirilən oyunda tribunalardan atılan alışqan Drevessin başına dəymişdi. Hadisəyə görə oyun yarımçıq dayandırılmış, “Union” klubuna isə texniki məğlubiyyət verilmişdi.

Seçilən
2
90deqiqe.az

1Mənbələr