AZ

Orban: Ukraynanın Aİ və NATO-ya üzvlüyü Qərblə Rusiya arasında müharibəyə səbəb olacaq

Ukrayna Avropa İttifaqına (Aİ) və NATO-ya qəbul edilməməlidir, çünki bu qərar Qərb ölkələri ilə Rusiya arasında müharibəyə səbəb olacaq.

Bu barədə Macarıstanın baş naziri Viktor Orban məlumat verib.

“Aİ Ukraynanı öz sıralarına qəbul etsəydi, bu, dərhal onun üçün açıq müharibə, atəşkəsdən sonra isə Avropa ilə Rusiya arasında daimi müharibə riski demək olardı”, o Facebook sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyü “üçüncü dünya müharibəsi təhlükəsi yaradıb”. Bununla bağlı Macarıstanın baş naziri vurğulayıb ki, Kiyev assosiasiyaya qəbul edilməməlidir.

Seçilən
5
aznews.az

1Mənbələr