FİFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində PSJ və “İnter Mayami” komandaları üz-üzə gələcək.
90deqiqe.Az xəbər verir ki, bu qarşılaşma Amerika təmsilçisinin hücumçusu Lionel Messi üçün xüsusi əhəmiyyət daşıyır. Ulduz futbolçu ilk dəfə sabiq klubu PSJ-yə qarşı meydana çıxacaq.
Qeyd edək ki, Messi 2021–2023-cü illər aralığında Paris klubunun formasını geyinib.
Xatırladaq ki, 38 yaşlı Lionel Messi “Barselona” futbol akademiyasının yetirməsidir. Hücumçu Kataloniya nəhəngi ilə UEFA Çempionlar Liqası və UEFA Super Kuboku da daxil olmaqla bir sıra böyük titullara imza atıb.
Messi 2023-cü ilin yayında ABŞ-ın “İnter Mayami” klubuna transfer olunub. O, həmçinin Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu titulunu qazanıb.