AZ

Yeni qan qrupu kəşf edildi

Fransız alimlər yeni qan qrupu kəşf ediblər.

Publika.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Bildirilib ki, alimlər Karib dənizindəki Qvadelupa adasından olan bir qadında yeni qan qrupu aşkar ediblər. Qan qrupu Beynəlxalq Qanköçürmə Assosiasiyası tərəfindən rəsmi olaraq tanınıb. Məlumata görə, qadın "Gwada negative" adlandırılan yeni qan qrupunun yeganə məlum daşıyıcısıdır.

Elm adamları qadının qanında həm anasından, həm də atasından aldığı genlərin mutasiyaya uğradığını müəyyən ediblər. Qeyd olunub ki, bu qadın heç kimə qan verə və ya heç kimdən qan ala bilməz.

Seçilən
2
2
publika.az

3Mənbələr