Madrid “Atletiko”sunun və Argentina millisinin sabiq hücumçusu Serxio Aqüero komandasının Klublararası Dünya Çempionatından mübarizədən kənar qalmasına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Atletiko Universal" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Atletiko”nun bəxti gətirmədi, çünki iki qələbə qazansalar da, bu kifayət etmədi. Top fərqinə görə geridə qaldılar. Amma belə hallar futbolda olur. Uzun və çətin bir mövsümü başa vururlar. Mən həmişə onlara uğurlar arzulayıram, çünki həmin klubda oynamışam. Ümid edirəm ki, növbəti mövsüm onlar üçün daha uğurlu olacaq”
Dieqo Simeonenin komandası A qrupunda 6 xal toplasa da, şəxsi oyunlardakı fərqə görə üçüncü yeri tutaraq turniri tərk edib. “Atletiko” ilə eyni xala malik olan “Botafoqo” isə ikinci pilləni tutaraq mərhələ adlayıb.