İran və İsrail arasında atəşkəsin müddəti İsrailin özünü necə aparmasından asılıdır.
Publika.az xəbər verir ki, bu fikri "RİA Novosti"yə müsahibəsində yapon siyasi şərhçi Kentaro Endo bildirib.
"Bu atəşkəsin nə qədər davam edəcəyinə gəlincə, hər şey İsrailin özünü necə aparmasından asılıdır. İran üçün atəşkəs siyasi sistemi qoruyub saxlamağın yeganə yoludur və o, silahı yerə qoyacaq. Amma İsrailin hələ də əlavə qüvvələri var və bu ölkə keçmişdə atəşkəsi pozub.
İsrail üçün bu münaqişənin məqsədi "İranın nüvə layihəsini tamamilə toza çevirmək idi. Buna görə də İran nüvə inkişafından tamamilə imtina etməkdə növbəti tərəddüd əlamətlərini göstərərsə, İsrail yenidən müharibə alovunu qızışdıra bilər.”, - deyə ekspert bildirib.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail və İranın 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu”na çevrilməli olan atəşkəsə razılaşdıqlarını açıqlayıb.