AZ

NATO-nun baş katibi britaniyalıları Rusiyadan qorunmağa çağırıb

NATO-nun baş katibi Mark Rutte deyib ki, britaniyalılar rus dilində danışmamaq və “ingilis dilini” qorumaq üçün özlərini müdafiə etməli olacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Şimali Atlantika Alyansının baş katibi vurğulayıb ki, Böyük Britaniya vətəndaşları bu gün bütün NATO dövlətlərindən dörd dəfə çox sursat istehsal edən Rusiyadan qorunmalıdırlar.

Qeyd edək ki, iyunun 24-25-də Haaqada NATO sammiti keçiriləcək. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə yönəldiləcək.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr