AZ

Bakı İsraillə İran arasında atəşkəsi ALQIŞLAYIR

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:

"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".


Seçilən
25
46
news24.az

10Mənbələr