AZ

“Ankaragücü” Həsən Nəzərovla peşəkar müqavilə bağlayıb

Azərbaycanlı gənc futbolçu Həsən Nəzərov Türkiyənin tanınmış klublarından biri olan “Ankaragücü” ilə peşəkar müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisinin sosial şəbəkə hesabında yayımlanan açıqlamada bildirilir:

“U-19 komandamızda uğurlu çıxışları ilə seçilən gənc futbolçularımız Həsən Nəzərov və Berat Dolu klubumuzla peşəkar müqavilə imzalayıblar.”

Qeyd edək ki, “Ankaragücü” 2024/2025 mövsümündə Türkiyə 1-ci liqasındakı zəif çıxışının ardından 2-ci liqada mübarizə aparacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr