Azertag saytına istinadən ain.az xəbər verir.
Naxçıvan, 24 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində layihələndirmə və satınalma prosesi tamamlanaraq podratçı təşkilatla müqavilə imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzin yaradılmasında məqsəd muxtar respublikada sosial xidmət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra səlahiyyətlərinə daxil olan layihələrdən daha biridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.