AZ

Goranboydakı yeni tikinti materialları istehsalı müəssisəsi iqtisadi potensialın möhkəmləndirilməsinə xidmət edəcək (FOTO)

Bakl. Trend:

Goranboy rayonunda yeni istifadəyə verilən “KonstralabIndustries” QSC-nin tikinti materialları istehsalı müəssisəsi dəiqtisadi potensialın möhkəmləndirilməsi, məşğulluğun artırılmasınaxidmət edəcək.

Trend xəbərverir ki, bunu Goranboy rayonuna təşkil olunan mediaturçərçivəsində jurnalistlərə “Konstralab Industries” QSC-nintəsisçisi Orxan Quluzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə müasir sənaye müəssisələri, yeniistehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerliməhsulların payı artır, ixrac imkanları genişlənir:

“Qazanbulaq kəndində yaradılan, gips-karton, astar və üzlük gipsməhsulları istehsal edəcək müəssisə müasir avadanlıqla təchizolunub. Burada il ərzində əldə ediləcək 10 milyon kvadratmetrgips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıq kimiməhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracıda nəzərdə tutulur”.

O.Quluzadə qeyd edib ki, müəssisədə 200 nəfər daimi işlə təminedilib:

“İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşıAzərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq.Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulmasıplanlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinəsəbəb olacaq”.

Onun sözlərinə görə, gələcək inkişaf strategiyası çərçivəsindəmüəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalınıntəşkilini hədəfləyir:

“İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumisahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindənmüəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyatNazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabınamüəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldəedib”.

Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev müəssisəninaçılışında iştirak edib.

Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Goranboydakı
Seçilən
8
37
az.trend.az

10Mənbələr