"Real" Rodriqo Qoesin transferi ilə bağlı təklif olacağı təqdirdə, təxminən 90 milyon avro məbləğində tələbləri nəzərdən keçirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Bildirilir ki, bu vəsait baş məşqçi Xabi Alonsonun istəyilə alınacaq yarımmüdafiəçinin transferinə yönəldilə bilər.
Braziliyalı futbolçuya "Arsenal" klubu maraq göstərir. Lakin Rodriqo digər variantları da dəyərləndirmək niyyətindədir. O da məlumdur ki, 24 yaşlı vingeri "Mançester Siti" də izləyib.