AZ

Parlamentari: İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəfılərimizə nail olmağımıza imkan yaradır

Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
Bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşıdır:

"Azərbaycan son illərdə enerji təsərrüfatını sılfırdan yenidən qurub. Bu gün Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkəsidir. O cümlədən  bugün cənab Prezidentin Mingəçevirdə açılışı etdiyi 8 Noyabr Elektrik Stansiyası ölkəmizin enerjiyə olan təlabatının 40%-ni ödəməklə ölkəmizi Qafqazın enerji mərkəzinə çevirir.  Dövlət başçımızın uzaqgörən siyasəti sayəsində enerji resurslarımızdan səmərəli istifadə olunur və yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təminatında yaşıl enerjimizlə iştirak edəcəyik. Bu baxımdan İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəfılərimizə yüksək səviyyədə nail olmağımıza imkan verir".
Seçilən
0
1
sherg.az

2Mənbələr