ABŞ prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə və ölkələrin atəşkəsi pozması ilə bağlı emosional açıqlama verib.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Onlar o qədər uzun və o qədər şiddətli mübarizə aparırlar ki, hətta *** (söyüş) da nə etdiklərini bilmir", - Amerika lideri bildirib.
İyunun 24-nə keçən gecə Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayacaq.
ABŞ prezidentinin bəyanatına baxmayaraq, İran və İsrail arasında zərbələr davam edir. Reuters xəbər verir ki, Tramp Tel-Əvivi və Tehranı atəşkəsi pozmaqda ittiham edib. Jurnalistlərin fikrincə, Ağ Ev rəhbəri İsraildən narazıdır, çünki o, atəşkəsə razılaşdıqdan dərhal sonra zərbələr endirməyə başlayıb.
QAZİLER.AZ