ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsi pozduğunu və onlardan narazı olduğunu bildirib.
O, bunu NATO sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Tramp bildirib ki, həm İran, həm də İsrail bir neçə saat əvvəl elan etdiyi atəşkəsi pozub və o, hər iki ölkədən, xüsusən də İsraildən narazıdır", - Reuters onun sözlərindən sitat gətirib .
Tramp həmçinin özünün “Truth Social” sosial şəbəkəsində İsraili İranı bombalamamağa çağırıb və bunun atəşkəs rejimini ciddi şəkildə pozacağını bildirib.