"İsrail İran ərazisində yerləşən bir neçə obyektə zərbələr endirib. Tehran bu hücumu təcavüz kimi qiymətləndirərək cavab vermək hüququnu özündə saxlayır"...
Oxu.Az-ın İranın dövlət televiziya və radio şirkətinə istinadla verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya qərargahı məlumat yayıb.
"Sionist rejim (burada İsrail nəzərdə tutulur - red.) bu gün səhər saat 09:00-dək (Bakı vaxtı ilə 09:30) İran ərazisində yerləşən obyektlərə üç mərhələdə hücumlar həyata keçirib", - deyə qərargahın bəyanatında bildirilib.
***
İsrail iyunun 24-də Tehran vilayətində 12 hədəfə hücum edib, zərbələrin əksəriyyəti yaşayış məntəqələrinə düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Mötəmediyan məlumat verib.
Qeyd olunur ki, ümumilikdə, İsrailin Tehran vilayətinə endirdiyi zərbələr nəticəsində 120 yaşayış binası tamamilə dağılıb, 500 nəfərə ciddi ziyan dəyib.
***
İsrailin İranın Gilan əyalətinə hücumu nəticəsində azı doqquz nəfər ölüb.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, məlumatı əyalətin hökumət qurumları da təsdiqləyib.
Hücum nəticəsində 33 nəfərin xəsarət aldığı bildirilir.
Poliqon.info