Türkiyə Ukraynadakı münaqişənin həlli prosesi çərçivəsində yeni diplomatik təşəbbüslər hazırlayır.
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitinə uçmazdan əvvəl deyib.
"Hər kəs Türkiyənin Ukraynadakı münaqişənin həlli üçün göstərdiyi səyləri bilir. NATO sammitində biz bu baxışı həmsöhbətlərimizə izah edəcəyik və sülhə nail olana qədər dayanmayacağımızı bəyan edəcəyik", - Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankara böhranın həlli ilə bağlı diplomatik yanaşmaları fəal şəkildə təbliğ etməyə davam edəcək və sammit çərçivəsində öz işinin nəticələrini Şimali Atlantika Alyansındakı tərəfdaşları ilə bölüşəcək.