Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani İran prezidenti Məsud Pezeşkianı əmin edib ki, ABŞ-ın Əl-Udeid bazasından İrana qarşı istifadə edilməyib və istifadə edilməyəcək.
Herbiand.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidmətinin əmirlə telefon danışığından sonra verdiyi bəyanatda deyilir.
Bəyanatda əmirin sözlərindən sitat gətirilib: "Qətər, şübhəsiz ki, bu bazanın dost və qardaş İrana qarşı hər hansı hərəkətinin qarşısını alacaq".