AZ

Kirayə qaldığı həyətdən 10 minlik oğurlyq etdi Məhkəmə qərarı

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bakıda qadın əri ilə kirayə qaldığı həyətdən oğurluq etdiyi üçün saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 2007-ci ildə Zərdab rayonu, Sileyli kəndində anadan olmuş Gülayət Səfərovanın (şərti-soyad) Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində yerləşən həyətdəki 10 saylı mənzilə qanunsuz daxil olaraq, ümumilikdə 10 178 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq edib. 

Gülayət oğurluğu əri ilə kirayə qaldığı həyətdəki başqa evdən edib. O, 4.300 manat nağd pulu, qızıl əşyaları, geyimləri və kosmetik ləvazimatları oğurlayıb. 

Məhkəmənin qərarı ilə Gülayət barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Qadın cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək. 

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
29
qaynarinfo.az

10Mənbələr