“Ulduz” Futbol Akademiyasının 11 yaşlılardan ibarət komandası Bolqarıstanın Albena şəhərində “Golden Sands Cup 2025” beynəlxalq turnirinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, yarışda ölkəmizin təmsilçisi ilə yanaşı, Bolqarıstan, Moldova, Rumıniya və Ukraynadan 12 komandanın mübarizə aparıb.
"Ulduz" qrup mərhələsində “Kids” (Moldova) 3:0, “CFR Timişoara” (Rumıniya) 9:0 və “Champion”a (Ukrayna) 12:1 hesabı ilə qalib gəlib.
Qrupda birinci yeri tutan futbolçularımız yarımfinalda Moldova “Juppiter”ini (6:3) üstələyib.
Həlledici görüşdə isə "Ulduz" yerli “Çerno More”ni 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılan "Ulduz" Futbol Akademiyasının 8 yaşdan 15 yaşadək uşaqlardan ibarət komandaları qısa müddətdə ölkə çempionatında uğurlu çıxışı ilə fərqlənir.