AZ

"Barselona" Kamp Nouya daha tez qayıda bilər


“Barselona” təmirdən sonra “Kamp Nou” stadionunda ilk oyununu bu ilin avqustunda keçirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kataloniya Radiosu” məlumat yayıb.  
Məlumata görə, avqustun 10-da Joann Qamper Kuboku çərçivəsində İtaliyanın “Komo” komandası ilə oyun nəzərdə tutulub.
Lakin avqustda stadiona qayıtmaq üçün “Barselona” rəhbərliyi qısa bir vaxtda lazımi sənədləri əldə etməli olacaq.
Qeyd edək ki, stadionda işlərə 2022-ci ilin iyununda başlanıb. Yeni stadioanda tamaşaçı tutumunun 105 minə çatdırılması nəzərdə tutulub.
“Kamp Nou”nun yenidən qurulması zamanı klub “Luis Kompanis” Olimpiya Stadionunda çıxış edib.
Seçilən
6
yeniavaz.com

1Mənbələr