Bakının Buzovna qəsəbəsi, Maştağa yolunda piyada zolağının rənginin pozulduğuna görə, piyadalar yolu keçən zaman təhlükəli vəziyyət yaranır.
''Xəzər Xəbər" xəbər verir ki, sözügedən məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlər narahatlığını bildiriblər.
Sakinlərin sözlərinə görə, piyadalar işə gedəndə və ya səhər uşaqları məktəbə, bağçaya aparanda bu yolda çox çətinlik çəkirlər. Avtomobil sürücüləri isə bu zolaqları görmədikləri üçün yoldan sürətlə ötüb keçirlər.
Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.