AZ

“Kristal Pelas” Valter Benitesi heyətinə qatdı

“Kristal Pelas” 32 yaşlı argentinalı qapıçı Valter Benitesi azad agent qismində “qartallar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə “Kristal Pelas”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilə qarşıdakı mövsümü ehtiva edir. Benites iyul ayının 1-də İngiltərə klubuna qoşulacaq.

Valter Benites “Kilmes”in məzunudur və karyerası ərzində “Nitsa” və “PSV Eyndhoven”də çıxış edib.

Cari mövsümdə Benites “PSV Eyndhoven” üçün 46 oyuna çıxıb, 64 qol buraxıb, 10 “quru” oyun keçirib.

Valter Benites 2024-cü ilin mart ayında debüt etdiyi argentina yığmasının heyətində 1 oyun keçirib, 1 qol buraxıb.

Benites “PSV Eyndhoven”lə Niderland çempionluğunu (2 dəfə), ölkə kubokunu və ölkə super kubokunu (2 dəfə) qazanıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı argentinalı qapıçının transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
66
arena.az

1Mənbələr