“Əh-Əhli” ilə müqaviləsi başa çatan sabiq “Liverpul”lu forvard Roberto Firminonun yeni komandası müəyyənləşdi
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Pro Liqası təmsilçisi ilə Qətər klubu “Əl-Sədd” braziliyalı futbolçunun transferində anlaşıblar.
33 yaşlı futbolçu Qətər təmsilçisi ilə razılıq əldə etdikdən sonra transfer rəsmiləşəcək.
Qeyd edək ki “Əl-Əhli”yə 2023-cü ilin yayında qoşulan Roberto Firmino başa çatan mövsümdə çıxdığı 31 matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin o, klubu ilə Asiya Çempionlar Liqasının qalibi olub.
"Fənərbaxça" istədi, "Yuventus" aldı
Suarez "İnter Mayami" - "Palmeyras" matçının ən yaxşı oyunçusu seçilib
DÇ: Messi üçün əlamətdar qarşılaşma - PSJ-yə qarşı
İngiltərəli müdafiəçi “Liverpul”u tərk etdi - RƏSMİ
Əvvəl rədd etdi, indi razılaşdı – FRANSALI FUTBOLÇU “ƏL-HİLAL”DA