AZ

"Smart Tech" Azərbaycan Mərkəzi Bankı ilə data idarəetməsi sahəsində iki layihə üzərində çalışır

Bakı. Trend:

"Smart Tech" Azərbaycan Mərkəzi Bankı ilə data idarəetməsisahəsində iki layihə üzərində qarşısına yeni hədəflər qoyub.

Bu sözləri Türkiyənin "Smart Tech" şirkətinin Müşahidə Şurasınınüzvü, satış üzrə vitse-prezidenti Nuri Çelikboy bu gün Bakıdakeçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, “Smart Tech” olaraq “Fintech Summit” tədbirindəikinci dəfə iştirak edirlər: "Azərbaycanda artıq fəaliyyətgöstəririk. Burada hazırda bir neçə bankla əməkdaşlıq edirik.

Xüsusilə data və analitika sahəsində fəaliyyət göstəririk.Mərkəzimiz İstanbulda yerləşir. 100 nəfərlik məsləhətçi komandamızvar. 200-dən çox referans layihəmiz mövcuddur.

Azərbaycan bazarı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusiləmaliyyə və sığorta sektoru ilə əməkdaşlıq etməyi səbirsizlikləgözləyirik".

N.Çelikboy vurğulayıb ki, Türkiyədə qazandıqları təcrübəniAzərbaycandakı şirkətlərə ötürmək əsas hədəflərindəndir:

"Xüsusilə data idarəetməsi (data driven) sahəsində ciddilayihələrimiz var. Bu layihələr bu il Azərbaycanda da böyükəhəmiyyət qazanıb. Bütün banklar, maliyyə qurumları bu layihələritətbiq etmək istəyirlər. Biz də bu sahədə öz həllərimizlə dəstəkvermək niyyətindəyik".

"Hazırda Azərbaycan Mərkəzi Bank ilə də yaxından işləyirik.Danışıqlar gedir. İki layihə üzrə müzakirələr aparılır. Bulayihələrdə iştirak etmək nəsib olsa, çox sevinəcəyik. Bulayihələri açıqlamaq hələ tezdir. Amma onu deyə bilərəm ki, bulayihələr data, hesabatlılıq, ali rəhbərlik üçün hesabatlarınhazırlanması, data idarəetməsi istiqamətində olacaq. Yaxın dövrdəbu layihələrin gerçəkləşəcəyini gözləyirik", - deyə şirkətinrəsmisi qeyd edib.

Seçilən
3
az.trend.az

1Mənbələr