AZ

Türkiyə XİN İran və İsrail arasındakı atəşkəs razılaşmasını alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İran və İsrail arasındakı atəşkəs razılaşmasını alqışlayır...

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Türkiyə həmçinin atəşkəs rejiminin pozulduğuna dair açıqlamaları da diqqətlə izləyir.

"Qarşıdakı kritik dövrdə tərəfləri atəşkəs rejiminə tam əməl etməyə çağırırıq. Yaxın Şərqin sülh və sabitliyə hər zamankından daha çox ehtiyacı olduğu bu dövrdə hərtərəfli və qalıcı sülhə doğru addımlar qətiyyətlə atılmalıdır".

Məlumatda o da vurğulanıb ki, bu kontekstdə Türkiyə hesab edir ki, dialoq və diplomatiya kanallarının açıq saxlanılması həyati əhəmiyyət kəsb edir:

"Proses bir daha göstərdi ki, Yaxın Şərqdə bir çox problemlərin kökündə duran Fələstin məsələsi ən qısa zamanda həll olunmalıdır. Türkiyə regionda sülhün əldə olunması üçün bütün səyləri dəstəkləməyə və konstruktiv töhfələr verməyə hazırdır".

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr