ABŞ prezidenti Donald Tramp “İranı yenidən böyük edəcəyik” açıqlaması ilə rejim dəyişikliyi üçün addımlar atmağı planlaşdırdığına eyham vurub. Bununla belə, Trampın nəzərdə tutduğu dövrdə İran böyük güc deyildi. O zaman İranın maliyyə işlərini ABŞ müşaviri Artur idarə edirdi. 1979-cu ildə Xomeyni və mollaların qurduğu indiki rejimdən əvvəl İranı şah rejimi idarə edirdi.
1925-ci ildə Rza xan hərbi çevrilişlə hakimiyyəti ələ keçirdi və Pəhləvi sülaləsini quraraq ölkənin yeganə hökmdarı oldu. Rza şah İranı müasirləşdirmək məqsədi ilə sərt islahatlar həyata keçirdi. O zaman İranın neft ehtiyatları İngiltərənin nəzarətində idi. 1930-cu illərdə İran öz neft gəlirlərini artırmaq üçün ingilislərə qarşı bəzi addımlar atmağa çalışsa da, uğursuzluğa düçar oldu və geri çəkildi. İkinci Dünya Müharibəsi zamanı İran bitərəf qalmağa üstünlük versə də, Almaniya ilə iqtisadi əlaqələri qoruyub saxladı. Bu vəziyyətdən narahat olan İngiltərə və Rusiya 1941-ci ildə İranı işğal edərək Rza şahı sürgünə göndərdilər. İdarəni onun 22 yaşlı oğlu Məhəmməd Rza şah öz üzərinə götürdü və beləliklə, İran İngiltərənin təsiri altına düşdü.
Şahın amerikalı naziri
Gənc şah 1942-ci ildə ABŞ-la hərbi yardım müqaviləsi imzaladı. ABŞ İranda əsgər saxlayacaq və İran ordusuna təlim keçəcəkdi. Beləliklə, İngiltərənin İrandakı nüfuzu öz yerini ABŞ təsirinə verirdi. 1942-1945-ci illər arasında amerikalı Artur Çester Millspo İran maliyyəsini idarə edirdi. Rəsmi olaraq o, “İran maliyyə nazirinin baş müşaviri” statusuna malik idi, amma praktikada o, fövqəladə səlahiyyətlərə malik bir nazir kimi idi. O, həmçinin “ABŞ-ın İrandakı Maliyyə Komissiyasının sədri” titulunu da daşıyırdı. Camaat baş verənlərdən xəbərdar idi, lakin heç nə edə bilmədilər. ABŞ agentləri artıq İran kəşfiyyatı Savakı “modernləşdirməyə” başlamışdılar.
Baş nazirə qarşı çevriliş
Şah dövrünün baş naziri Müsəddiq parlamentin dəstəyi ilə İran neftini Britaniya hakimiyyətindən milliləşdirdi. Bunun əksinə olaraq MKİ 1953-cü ildə Şahın da dəstəklədiyi “AJAX” əməliyyatı ilə çevriliş etdi və Musəddiqi devirdi.
Məhəmməd Rza şah da atasının siyasətini davam etdirirdi. O, İranın sənaye və ictimai infrastrukturunu gücləndirdikdən, bəndlər və fabriklər tikmək istəyirdi. O, həmçinin insanların sosial və mədəni dəyişməsi və transformasiyası üçün məcburi qanunlar qəbul etdi. O, 1963-cü ildə “Ağ İslahatlar” prosesinə başladı. Şah torpaq islahatı ilə kəndliləri torpaqdan çıxarmağa çalışdı. Lakin o, uğursuz oldu. 1960-cı illərdə 38 faiz olan şəhər əhalisi 1977-ci ildə 55 faizə yüksəldi. Tehranda gecəqondular artdı. 1970-ci illərdə neft gəlirləri 5 milyard dollardan 20 milyard dollara yüksəldi. Amma bu, insanlara ədalətli şəkildə əks olunmadı. Əksinə, təmtəraq, israfçılıq və müəyyən seqmentlərin daha da zənginləşməsi gözə dəyirdi. Aşağı təbəqənin qəzəbi artdı.
Molla inqilabı
Bütün bunların nəticəsində cəmiyyətin bütün təbəqələrindən olan müxalifət qrupları Xomeyninin ətrafında birləşdi. İllərlə səssiz, hesablanmış və mütəşəkkil şəkildə hazırlaşan Xomeyni şahın qarşı çıxa bilmədiyi böyük bir “molla” qrupunun rəhbəri idi. Solçu təmsil edən TÜDEH Partiyası da onun yanında idi. Xomeyni əvvəlcə sürgün edildi, lakin şah rejimi də zəiflədi. Xomeyni 14 illik sürgündən sonra hakimiyyətini 1979-cu il fevralın 11-də şahın tərk etdiyi dağıntılar üzərində qurdu. Qısa müddətdə bu “inqilab” üçün onunla müttəfiq olan müxtəlif qrupları ləğv etdi və öz rejimini qurdu. O gündən İran və ABŞ düşmən oldu.