Çərşənbə axşamı neftin qiyməti İsrailin ABŞ prezidenti Donald Trampın İranla atəşi dayandırmaq təklifinə razılıq verməsindən sonra iki həftənin ən aşağı səviyyəsinə çatıb.
Bu, əsas neft hasil edən regionlardan biri olan Yaxın Şərqdən neft tədarükünün kəsilməsi ilə bağlı qorxuları azaldıb.
Brent markalı neftin fyuçersləri saat 23:45-də 3,82 dollar və ya 5,3% ucuzlaşaraq 67,66 dollar/barelə bərabər olub. Astana.
Həmçinin Amerika nefti West Texas Intermediate 3,75 dollar və ya 5,5% ucuzlaşaraq 64,76 dollar/barelə düşüb.
Bundan əvvəl Tramp İsrail və İran arasında tam atəşkəs elan edib. Razılaşma ABŞ və Qətərin birgə vasitəçiliyinin nəticəsi olub.
Xatırladırıq ki, İran İsraillə atəşkəsin qüvvəyə mindiyini elan edib.