AZ

İran KXDR-dən fərqli olaraq ABŞ üçün “yaxşı oğlan” olmadı - Delyaqin

İran KXDR-dən fərqli olaraq ABŞ üçün “yaxşı oğlan” olmadı, çünki onun nüvə silahı yoxdur.

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin NEWS.ru-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Şimali Koreya yalnız özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirdikdən sonra Amerika lideri Donald Tramp üçün “yaxşı oğlana” çevrilə bilib. Bu, Ağ Ev rəhbərinin ilk prezidentlik dövründə üç təyyarədaşıyan qrupunu Koreya sahillərində cəmləşdirdiyi anda baş verib.

“İran rəhbərliyi niyə ABŞ üçün “yaxşı oğlan`” olmadı? Çünki onun atom bombası yoxdur. Başqa səbəb yoxdur. Özlərini müdafiə edə bilmirlər. Əslində, İranın atom bombası olsaydı, yenə də heç nə edə bilməzdi və İsrail bunu hamıdan yaxşı bilir”, -Delyagin vurğulayıb.

O izah edib ki, yəhudi dövlətinin ərazisində müsəlmanların çoxlu sayda müqəddəs yerləri var. İran çox dinə bağlı ölkə olduğu üçün bu, onun İsraildə yerləşən müqəddəs İslam məkanlarına qarşı nüvə silahından istifadə etməsini qeyri-mümkün edir.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr