İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqeyini yüksək qiymətləndirib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib. Bu barədə XİN rəhbəri Moskvada Rusiya lideri Vladimir Putinlə görüşündə danışıb.
“Bu aydın mövqe, yeri gəlmişkən, dünən Moskvada cənab Əraqçi ilə söhbətdə yüksək qiymətləndirilib”, - Kreml nümayəndəsi qeyd edib.
Peskov Rusiyanın Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe tutaraq İranı necə fəal dəstəklədiyinə diqqət çəkib. Rusiya liderinin mətbuat katibi Moskvanın İslam Respublikası ilə kifayət qədər həmrəylik ifadə etmədiyinə inanan analitiklərin fikirlərini belə şərh edib.
QAZİLER.AZ