Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib...
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Kobaxidze Davitaşvilinin baş nazirin iqtisadi məsələlər üzrə müşaviri, iqtisadi şuranın katibi vəzifəsini tutacağını qeyd edib.
Xatırladaq ki, bir neçə gün öncə iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikautadze külli miqdarda qanunsuz vəsait əldə edilməsi və qanunsuz vəsaitlərin leqallaşdırılması ittihamı ilə həbs edilib.
Poliqon.info