AZ

Rutte: Türkiyənin çox böyük müdafiə sənayesi bazası var

Rutte “İctimai Forum” tədbirində çıxış edərək, NATO-nun Haaqa sammitinin birinci gün proqramı çərçivəsində müttəfiq ölkələrin vətəndaşlarının göndərdiyi sualları cavablandırıb.

Ukraynadakı müharibəyə də toxunan Rutte bildirib ki, bir çox ölkə ehtiyatlarının azaldığını görərək, Ukraynanın müharibə üçün lazım olan silahları istehsal edə bilməsi üçün ölkənin müdafiə sənayesi bazasına sərmayə qoyur.

Rutte bildirib ki, bu, ukraynalılara kömək edir və uzunmüddətli perspektivdə NATO-nun müdafiə sənayesi təməlini gücləndirir.

Rutte Türkiyəyə toxunaraq, "Türkiyənin çox böyük müdafiə sənayesi bazası var",-deyə qeyd edib.

Bunun gözardı edilməməsi lazım olduğuna işarə edən Rutte, "Bəzi şirkətlərini ziyarət etdim, həqiqətən təsir edicidir",-deyə vurğulayıb.

Seçilən
5
aznews.az

1Mənbələr