AZ

Ukrayna dənizçiləri işğalçı Rusiyanın daha bir desant katerini məhv etdi... - RƏSMİ

Yazını böyüt
Yazını kiçilt

Ukrayna müdafiəçiləri təcavüzkar Rusiyanın Qara dəniz donanmasının Xersonun qərb sahili ilə hərəkət edən daha bir  katerini məhv ediblər.

Hafta.az "TSN"ə istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı, iyunun 24-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neyijpapa "Facebook"-da məlumat paylaşıb və düşmən gəmisinin məhv edilməsinin görüntülərini dərc edib.

"Xerson vilayətinin qərb sahili ilə hərəkət edən Qara Dəniz Donanmasının daha bir qayığı məhv edilib. Qələbə üçün təşəkkür edirik!" - Neyijpapa qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl vitse-admiral Aleksey Neyijpapa Ukraynanın “ADA” korvetləri - dəniz müharibəsi və NATO missiyalarında yeni silah haqqında danışmışdı. "ADA" sinfinə aid korvetlər dizaynda gizli texnologiya prinsiplərindən geniş istifadə edilməklə sualtı qayıqlara qarşı əməliyyatlar və açıq dənizdə patrulluq etmək imkanlarına malik müasir sahil zonası gəmiləridir.

Seçilən
17
hafta.az

1Mənbələr