TBİLİSİ, 24 iyun. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili vəzifəsini tərk edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, onun yerinə müavini Mariam Kvrivişvili təyinat alıb.
Hökumət başçısı qeyd edib ki, L.Davitaşvili bundan sonra onun iqtisadi məsələlər üzrə baş müşaviri vəzifəsini tutacaq.