AZ

Qəzzada yardım gözləyən 29 fələstinli öldürüldü

ain.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İsrailin Qəzza Zolağının mərkəzində humanitar yardım gözləyən Fələstinlilərə hücumunda 29 nəfər həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail ordusu Qəzza Zolağının mərkəzində yerləşən Netzarim bölgəsində humanitar yardım almaq üçün toplaşan yüzlərlə fələstinliyi hədəf alıb.

Hücum nəticəsində 29 fələstinli ölüb, çox sayda insan yaralanıb.

Qeyd edək ki, Qəzza Hökumətinin Media Ofisi keçən şənbə günü açıqlayıb ki, İsrail-ABŞ birgə təşkilatı olan Qəzza Humanitar Yardım Fondu (GHF)-na aid yardım paylama mərkəzlərinin açıldığı 27 may tarixindən bəri İsrailin həmin yardım məntəqələrinə etdiyi hücumlarda ən azı 450 nəfər həyatını itirib, 3 466 nəfər yaralanıb.

Oksana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
azxeber.com

1Mənbələr