AZ

İsrail heç vaxt belə bir şey görmədi

ABŞ-ın nüvə obyektlərinə hücumundan sonra İran dünən səhər saatlarında İsrailə qarşı uzun və güclü cavab əməliyyatına başladı. 40 dəqiqə ərzində İsrailə 15 ballistik raket atıldı, sirenalar isə 30 dəqiqə dayanmadan səsləndi.

İranın güclü cavabından sonra parlament üzvlərinin sığınacaqlarda gizləndiyi vaxt İsrail növbəti dəfə Fordo, Evin həbsxanası və SEPAH qərargahını hədəfə aldı. Hücumlar nəticəsində Tehranda elektrik enerjisi kəsildi.

Ötən gün İranın İsrailə qarşı həyata keçirdiyi əməliyyatlar İranın həyata keçirdiyi ən uzun cavab əməliyyatlarından olub. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd 3” əməliyyatının 21-ci dalğası çərçivəsində ilk dəfə olaraq Xeybər, Qədr, Fəttah və İmad raketlərini eyni vaxtda atdı. İsrailliləri sığınacaqlara girməyə məcbur edən raket hücumları əvvəlcə İsrailin şimalını, daha sonra paytaxt Tel-Əviv, Yerusəlimi və Əskalan kimi böyük yaşayış məntəqələrini hədəf aldı. Raket həmçinin Aşdod limanına və İsduddakı elektrik stansiyasına düşdü. Dəmir günbəzdən yayınan raketlər nəticəsində İsrail infrastrukturuna ciddi ziyan dəydi.

Yerusəlimdəki İsrail parlamenti Knessetdə komitə iclasları yarımçıq kəsildi, siren səslərini eşidən deputatlar sığınacaqlara qaçıblar. Sosial şəbəkələrdə yayılan videolarda bəzi İsrail əsgərlərinin körpülərin altında daldalandığı əks olunub. Güclü hücuma baxmayaraq, itkilər barədə məlumat verilməyib.

İranın cavab dalğaları davam edərkən, İsrail də eyni vaxtda İrana qarşı hava zərbələri endirdi. İsrail ordusu dünən ABŞ-ın hücum etdiyi Fordo Nüvə Müəssisəsinə gedən yola və obyektin giriş-çıxışlarına düşüb. Sözügedən hücumun “Fordodan materialların çıxarılmasının qarşısını almaq üçün” edildiyi iddia edilib. İkinci hədəf Tehranın elektrik infrastrukturu idi. Şəhərin əsas enerji provayderinə zərbə endirilməsi ilə bütün şəhərdə qısamüddətli elektrik enerjisi kəsilib.

İranın raket hücumlarına görə İsraildə sirenlər çalmağa başlayanda insanlar ən yaxın sığınacağa qaçıb.

İsrailin müdafiə naziri İsrael Katz siyasi məhbusların saxlandığı Evin həbsxanasının, Fələstin meydanındakı “İsrailin məhvi” saatının və SEPAH-ın daxili təhlükəsizlik qərargahının vurulduğunu açıqlayıb. Katz iddia edib ki, hücumlar Tehranın mərkəzindəki rejim hədəflərini və hökumətin repressiv orqanlarını hədəf alıb. İranda əksəriyyəti mülki vətəndaşlardan ibarət azı 500 nəfərin həyatını itirdiyi bildirilir. İsrail isə son ölənlərin sayını 24 olaraq açıqlayıb.

Seçilən
4
2
vaxt.az

3Mənbələr