“Kəpəz”in sabiq futbolçu Trent Buhagiar karyerasını Sinqapurda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, Malta millisinin hücumçusu yüksək liqada mübarizə aparan “Tampins Rovers” klubuna transfer olunub. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən mövsümün ikinci yarısında Gəncə təmsilçisinə transfer edilən 27 yaşlı futbolçu bu yay "Kəpəz"dən ayrılıb.