Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” klubunun yeni sahibinin kimliyi futbol ictimaiyyətinə açıqlanıb.
Arena.az İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir ki, bu şəxs, amerikan iş adamı Robert Vud Consondur.
Əlavə edək ki, Conson həmçinin NFL təmsilçisi “Nyu-York Cets”in sahibidir.
“Qartallar” “Kristal Pelas”ın keçmiş sahibi Con Tekstora da minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, sözügedən komanda 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasını yarış cədvəlinin 12-ci pilləsində başa vurub. Buna rəğmən, “qartallar” “Mançester Siti”ni finalda məğlub etməklə (1:0), İngiltərə Kubokunu qazanıblar və növbəti mövsümün Avropa Liqasında çıxış etmək hüququnu əldə ediblər.