Misli premyer-liqasına vəsiqə qazanan "İmişli"nin yeni baş məşqçisi bəlli olub.
"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda portuqaliyalı Xorxe Kasqilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.
Onunla birgə çalışacaq məşqçilər heyəti də müəyyənləşib. Kriştianu Duraeş və Gilyerme Kadete köməkçi məşqçi, Elşad Tahirov qapıçılar, Ulian Qoqa isə fiziki hazırlıq üzrə məşqçi olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta